Sürixdəki SBS Biznes Məktəbinin isveçrəli alimləri belə qənaətə gəliblər ki, süni intellekt (AI) alətlərindən asılılığın artması tənqidi düşünmə qabiliyyətinin azalması ilə əlaqələndirilir.
Yeniavaz.com xəbər verir ki, bunu sübut edən tədqiqat “Socities” elmi jurnalında dərc olunub
Bildirilib ki, bu, idrak yükünün azalması səbəbindən baş verir.
Belə ki, koqnitiv boşaldılma süni intellektdən istifadənin cəlbedici tərəfidir, çünki neyron şəbəkələr insanları zehni səylərdən azad edir.
Yeni araşdırmada ekspertlər 670-ə yaxın insanı üç yaş qrupuna ayıraraq sorğu keçirib: 17-25 yaş, 26-45 yaş, 46 yaş və yuxarı.
Tədqiqat süni intellektdən tez-tez istifadə edənlərin məlumatı tənqidi qiymətləndirmək və problemin həlli ilə məşğul olmaq qabiliyyətinin azaldığını nümayiş etdirib.
Hesabat müəlliflərinin fikrincə, onların kəşfi təhsildə, elmdə və aktiv zehni fəaliyyət tələb edən digər sahələrdə süni intellektdən istifadəyə yanaşmalara yenidən baxmaq zərurətindən xəbər verir.