“Mançester Siti”nin keçmiş kapitanı və baş məşqçisi dünyasını dəyişdi


“Mançester Siti”nin sabiq müdafiəçisi Toni Buk 90 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İngiltərənin futbol klubu məlumat yayıb.
Bukun ölüm səbəbi açıqlanmayıb.
“Mançester Siti”nin keçmiş kapitanı və məşqçisi Toni Bukun 90 yaşında vəfat etdiyini böyük kədər və ürək ağrısı ilə bildiririk”, - məlumatda deyilib.
Qeyd edək ki, Buk 1966-1974-cü illərdə komandada çıxış edib, Klub üçün 315 oyun keçirib, 5 qol vurub. Futbolçu “Siti” ilə birlikdə İngiltərə çempionu, İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun və Kubok qalibləri kubokunun qalibi olub. Baş məşqçi olaraq o, 1976-cı ildə Liqa Kubokunda “Mançester Siti”ni qələbəyə aparıb.

DİGƏR XƏBƏRLƏR

Top