Hökumə Əliyevanın həyatından bəhs edən film çəkiləcək


2024-cü il dekabrın 25-də Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin stüardessası Hökumə Əliyevanın həyatından bəhs edən qısametrajlı sənədli film çəkiləcək.
Yeniavaz.com
“Azərtac”a istinadla xəbər verir ki, filmin çəkilişlərinin yaxın zamanlarda baş tutması planlaşdırılır.
Qeyd olunub ki, filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, ssenari müəllifi, rejissor Ziya Şıxlinski, operatoru ittifaqın İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Adil Abbasovdur.
Qeyd edək ki, Hökumə Əliyeva baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top