Hal-hazırda dünyanın ən varlı adamı, “Tesla”nın CEO-su və “SpaceX”in qurucusu İlon Mask iddia edir ki, baxışları və meqa-layihələri üçün ilham və bilik mənbəyi kitablardır.
Yeniavaz.com xəbər verir ki, bu, onun ən yaxşı hesab etdiyi beş kitab tövsiyəsini yoxlamaq üçün yetərli səbəbdir.
Müsahibədə İlon Maskdan raketlərin yaradılması ilə bağlı məlumatı haradan aldığını soruşduqda o, kitab oxuduğunu cavablandırıb:
“Mən məqsədlərimə çatmaq üçün nəyi öyrənməli olduğumu araşdırıram və düşünürəm ki, insanların çoxu bunu edə bilər. Bununla belə, insanlar özlərini məhdudlaşdırırlar. Onlar düşündüklərindən daha bacarıqlıdırlar. Məsələn, çox kitab oxuyursan və çox adamla danışırsansa, demək olar ki, hər şeyi öyrənə bilərsən”.
İlon Maskın 5 ən yaxşı şəxsi kitab tövsiyəsi:
1. Uolter Ayzekson - “Stiv Cobs”
2. Piter Til - “Sıfırdan Birə”
3. Maks Teqmark - “Həyat 3.0”
4. Nik Bostrom - “Üstün zəka”
5. Adam Smit - “Xalqların Sərvəti”.