
“Frontier Airlines” aviaşirkəti yüngül çəkidə keçmiş Ultimate Fighting Championship (UFC) çempionu Həbib Nurməhəmmədovla bağlı insidenti araşdırmağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, Nurməhəmmədovun “X” sosial şəbəkəsindəki mesajına şirkət “Biz hadisədən xəbərdarıq və araşdırma aparırıq”, - cavabını verib.
Qeyd edək ki, Həbib Nurməhəmmədov stüardessa ilə mübahisə etdiyi üçün ABŞ-yə uçan təyyarədən çıxarılıb. Hadisəni əks etdirən kadrları sosial şəbəkələrdə “Essentially Sports” portalı yayıb.
Nurməhəmmədov daha sonra stüardessanın davranışını təxribat adlandırıb. Nurməhəmmədov hadisədən əvvəl stüardessanın onunla kobud davrandığını bildirib və onun belə davranışı üçün heç bir əsası olmadığını qeyd edib.