“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq".
Yeniavaz.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç X sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezidentə sonsuz təşəkkürümü bildirirəm”, – deyə Aleksandar Vuçiç qeyd edib.