İsveçrə Tramp-Putin görüşünü təşkil etməyə hazırdır


İsveçrə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin xahişi ilə onların görüşünü təşkil etməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Nikolas Bideau “Le Temps” qəzetinə müsahibəsində bəyan edib.
“Bürgenstok sammitindən sonra biz müntəzəm olaraq Ukrayna, Rusiya və ABŞ-yə sülhün bərqərar olması üçün zəruri olan istənilən diplomatik səyləri dəstəkləməyə hazır olduğumuz barədə məlumat vermişik”, - Bideau bildirib.
Xatırladaq ki, yanvarın 9-da Floridadakı iqamətgahında respublikaçı qubernatorlarla görüşdən əvvəl Tramp jurnalistlərə deyib ki, Putin onunla görüşmək istədiyini bildirib. O, Rusiya prezidenti ilə görüşünün vaxtını dəqiqləşdirməyib. Tramp bir daha təkrar edib ki, onlar müharibəyə son qoymalıdırlar.

DİGƏR XƏBƏRLƏR

Top