2024-cü il 1850-ci ildən bəri ən isti il olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropanın Uzaqdan Zondlama və Xəritəçəkmə Xidməti “Copernicus”un məlumatlarında deyilib.
Bildirilib ki, Yer kürəsində orta qlobal temperatur ilk dəfə olaraq sənayedən əvvəlki səviyyələri 1,5°C ötüb:
“Boreal qış (dekabr-fevral), boreal yaz (mart-may) və boreal yay (iyun-avqust) keçən il rekord dərəcədə isti olub. Ötən il iyulun 22-də qlobal orta gündəlik temperaturun yeni rekordu - 17,16°C-yə çatıb”.
Alimlərin proqnozlarına görə, cari il ən isti il olmayacaq, lakin bütün müşahidələr zamanı rekordçuların ilk üçlüyünə daxil olacaq.