“ABŞ-nin Los-Anceles şəhərində baş verən və on minlərlə evi sıradan çıxaran güclü yanğınlar məşhur türk cütlük Beren Saat və Kənan Doğulunun da evini külə çevirib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “tgrthaber” məlumat yayıb.
Bildirilib ki, cütlüyün böyük ziyan görən lüks evinin qiyməti 1 milyon 200 min dollar olub.
Fəlakətdən sonra cütlüyün yanğın bölgəsindəki vəziyyəti yoxlamaq üçün tezliklə ABŞ-yə gedəcəyi gözlənilir.
Qeyd edək ki, səlahiyyətlilər yanğınlardan sonra bölgədə evakuasiya işlərini sürətləndirsə də, yanğın bir çox məşhurların evinə zərər verib.