Fransanın şərqində yerləşən Strasburq şəhərində iki tramvay toqquşub.
Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Prefekturadan verilən ilkin məlumata görə, toqquşma nəticəsində 20 nəfər xəsarət alıb.
Hadisə şəhərin mərkəzi stansiyası yaxınlığındakı avtobus dayanacağında baş verib. Toqquşma tramvaylardan biri digərinin dayandığı relsə çıxdıqda baş verib.