“Shrek 5” 2026-cı ilin iyulunda çıxmayacaq


“Şrek 5” cizgi filminin premyerası altı ay - 2026-cı il iyulun 1-dən dekabrın 23-dək təxirə salınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Dadline” məlumat yayıb.
Əvəzində “Universal Pictures” əvvəllər yalnız 2027-ci ilin iyununda buraxılması planlaşdırılan “Minions” cizgi filminin üçüncü hissəsini nümayiş etdirəcək.
“Minions 3” filminin franşizanın populyarlığına görə tamaşaçılara daha tez nümayiş etdirilməsinə qərar verilib: 2024-cü ilin iyun ayının sonunda yayımlanan “Despicable Me 4” cizgi filmi ilk həftəsonu qlobal kassada 230 milyon dollar toplayb.
“Illumination Studios” həmçinin hələ adı açıqlanmayan cizgi filminin buraxılış tarixini 19 mart 2027-ci ildən 30 iyun 2027-ci ilə köçürüb.
Qeyd edək ki, “Shrek 5”in buraxılışı “DreamWorks Animation Studios”un 25-ci ildönümünə təsadüf edir.
Nəhəng div və dostu Eşşək haqqında cizgi filmi ilk dəfə 2001-ci ildə böyük ekranlara çıxıb və həmin ilin ən çox gəlir gətirən buraxılışlarından birinə çevrilib. O, həmçinin Ən Yaxşı Animasiya Filmi üzrə Akademiya Mükafatını qazanıb. O vaxtdan bəri, film daha üç filmlə ekran üzü gördü, ən sonuncusu “Shrek Forever After” 2019-cu ildə nümayiş olunub. 

DİGƏR XƏBƏRLƏR

Top