““Neuralink” çipi artıq üçüncü pasiyentə implantasiya edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Las-Veqasda keçirilən tədbir zamanı amerikalı sahibkar İlon Mask bildirib.
“Hazırda bizdə üç nəfər “Neuralink” çipi implantasiyası var və onlar yaxşı işləyir”, - sahibkar deyib.
Mask əlavə edib ki, “Neuralink” 2025-ci ildə daha 20-30 implant quraşdırmağı planlaşdırır.
Qeyd edək ki, Mask keçən ilin avqustunda “Neuralink” çipinin implantasiya edilmiş ikinci pasiyent haqqında məlumat verdi. Sahibkarın sözlərinə görə, subyektin beynində 400 elektrod işləyirdi. Şirkətin təsisçisi qeyd edib ki, onlar “əla” işləyirdilər.