Ali Məhkəmə “TikTok” sosial şəbəkəsinin ABŞ-də böyük ehtimalla qadağan ediləcəyi qanunu təsdiq edə bilər.
Yeniavaz.com xəbər verir ki, Amerika mediası bu iş üzrə Amerika paytaxtında keçirilən dinləmələrin nəticələrinə əsasən belə qənaətə gəlib.
Məhkəmə “TikTok”un sahibi Çinin “ByteDance” şirkətinin yanvarın 19-dək ya sosial şəbəkəni satmalı, ya da ABŞ-dəki fəaliyyətini dayandırmalı olan qanunla bağlı tərəflərin arqumentlərini dinləyib.
Hazırkı dövlət başçısı Co Bayden ötən il Konqres tərəfindən müvafiq müddəaları özündə əks etdirən qanunu imzalayıb.
Ali Məhkəmənin yanvarın 19-da qərar çıxaracağı gözlənilir.