Sarkozi elektron qolbaq taxacaq – 1 illik cəzası var


Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2025-ci il ərzində nüfuzdan sui-istifadə və istintaq sirrini pozma ittihamə ilə ona təyin edilmiş cəzanın icrasına nəzarət etmək üçün elektron qolbaq taxmağa məcbur olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Məlumata görə, Sarkozi qolbaq taxmaq üçün yaxın vaxtlarda hakim qarşısına çıxmalıdır. Keçmiş prezident arayışları təqdim etməlidir ki, onların əsasında hakim məhkumun daimi yaşayış yerini müəyyənləşdirsin.
Sarkoziyə həmçinin həftə içi və həftə sonları gəzinti üçün vaxt ayrılacaq.
Dekabrın 18-də Fransa Kassasiya Məhkəməsi Sarkozinin müdafiə tərəfinin hökmdən apellyasiya şikayəti vermək cəhdini rədd edib və onun üç il, o cümlədən bir il elektron qolbaq taxmaqla cəzasını yekun hesab edib.
Sabiq dövlət başçısı həmçinin üç il müddətinə seçilmək hüququndan məhrum edilib.
Qeyd edək ki, 2007-ci ildə respublika prezidenti seçilməzdən əvvəl Sarkozi (o, 2012-ci ilə qədər bu vəzifədə idi) iki il Daxili İşlər Nazirliyinə rəhbərlik edib və bu vəzifədə Fransa polisinin baş kuratoru olub.
Xatırladaq ki, Sarkozi Fransa tarixində elektron qolbaq taxmağa məhkum edilən ilk prezidentdir.

DİGƏR XƏBƏRLƏR

Top