Tramp prezidentliyinin ilk günü 100-dən çox sərəncam imzalayacaq


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evdə vəzifəyə başladığı ilk gün 100-dən çox sərəncam imzalamağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, sərəncamlar sərhəd təhlükəsizliyi, deportasiya və digər siyasət prioritetləri ilə bağlı olacaq.
Bu sərəncamlar həmçinin F cədvəlinə uyğun işçi qüvvəsi qaydaları, məktəblərdə gender siyasətləri, məcburi peyvəndlər və Trampın seçki kampaniyası zamanı vəd etdiyi digər məsələləri əhatə edəcək.
Sənədlər yeni seçilmiş prezidentin komandası tərəfindən hazırlanır.

DİGƏR XƏBƏRLƏR

Top