Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısının qərarı “Rəsmi qəzet”də dərc olunub.
Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.