2030-cu ilə qədər böyük şirkətlər işçilərinin yarısını süni intellektlə əvəz edəcək


İşəgötürənlərin təxminən yarısı süni intellektlə əlaqədar növbəti beş ildə işçi qüvvəsini azaltmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı Dünya İqtisadi Forumunun (WEF) araşdırmasına istinadla məlumat yayıb.
WEF-in sorğusu göstərib ki, işəgötürənlərin süni intellekt haqqında təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişib. Əvvəllər süni intellekt insan bacarıqlarının köməkçisi kimi qəbul edilirdi. Ancaq onun istehsal prosesində intellektual problemləri həll etmək qabiliyyəti bəzi mütəxəssislərin işinə son qoya bilər. Xüsusilə, ən çox risk altında olanlar qrafik dizaynerlər və hüquq məsləhətçiləridir.
2030-cu ilə qədər süni intellektlə bağlı iş yerlərinin itirilməsi dünyanın ən böyük şirkətlərinin 41%-nə təsir edəcək. Gələcək illərdə ilk növbədə poçt, katiblik işləri ilə bağlı iş yerləri risk altında olacaq. Belə mütəxəssislər süni intellektlə işləmək üçün peşələrini dəyişməli və ya təkmilləşdirmə kursları keçməli olacaqlar.
Dünyanın ən böyük şirkətlərinin rəhbərləri arasında aparılan sorğu nəticəsində məlum olub ki, onların 77%-i 2025-2030-cu illər arasında öz işlərində süni intellektdən istifadə üçün işçilərini yenidən hazırlamağı planlaşdırırlar.

DİGƏR XƏBƏRLƏR

Top