İtalyan geyim, ayaqqabı və aksesuar markası “Prada” italyan “Versace” markasını almağı düşünür.
Yeniavaz.com xəbər verir ki, bu barədə gündəlik "Il Sole 24 Ore" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, moda evi hazırda müqavilənin bağlanıb-bağlanmaması ilə bağlı məsləhətləşmələr aparır.
Qəzet xəbər verir ki, məsləhətləşmələr Amerikanın geyim istehsalçısı “Capri” ilə başqa bir Amerika istehsalçısı “Tapestry” şirkətlərinin birləşməsi ilə bağlı sövdələşmədə problemlər məlum olduqdan sonra başlayıb.