ABŞ Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində deyilir.
Sənədə əsasən “Qazprom Neft”, “Surgutneftegaz”, “Zarubejneft” və onların törəmə şirkətləri məhdudiyyətlərə məruz qalıb.
Rusiyanın 20-dən çox neft sənayesi xidməti şirkəti ABŞ sanksiyaları ilə üzləşib.
Ümumilikdə isə yeni məhdudiyyətlər beş sahə üzrə 80-ə yaxın fiziki və hüquqi şəxsi əhatə edib.
Siyahıya həmçinin Rusiya Energetika Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavinləri Roman Marşavin və Eduard Şeremetsev, habelə agentliyin əsas departamentlərinin direktorları daxil olub.
Sanksiya siyahısına həmçinin dəniz sığortası üzrə “İnqosstrax” və “AlfaStrakhovanie” şirkətləri də düşüb.
ABŞ “Qazprom Neft”in rəhbəri Aleksandr Dyukov, “Surqutneftqaz”ın rəhbəri Vladimir Boqdanov, “Lukoyl”un prezidenti Vadim Vorobyov, “Tatneft” ASC-nin baş direktoru Nailya Maqanova, “Zarubejneft” şirkətinin rəhbəri Sergey Kudryaşova sansiya tətbiq edib.
Sanksiya tətbiq olunanlar arasında “Lukoyl”un həmsahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov da var. O, “Welltech” şirkətinin sahibidir.
Bundan əlavə, sanksiya siyahısına Rusiya neftinin ticarətində şübhəli bilinən 183 neft tankeri və bir sıra xarici şirkətlər və şəxslər daxildir.