Yun Sok Yolun Təhlükəsizlik İdarəsinin rəisi istefa verdi


Cənubi Koreya Prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri Pak Çon Çjun istefa ərizəsi verib,
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, Koreya Respublikasının prezidenti səlahiyyətlərini icra edən Çxve San Mok onu qəbul edib.
Qeud edək ki, Pak Çon Çjun cümə günü dövlət məmurlarına mane olmaq ittihamı ilə dindirilmək üçün polis bölməsinə gəlib.
Belə ki, yanvarın 3-də prezidentin həbsinə uğursuz cəhd zamanı o, müstəntiqlərə iqamətgahda həbs qərarını icra etməyi qadağan edib. Təhlükəsizlik qüvvələri ilə beş saat yarım davam edən qarşıdurmadan sonra müstəntiqlər kompleksi tərk ediblər.
Qeyd edək ki, yanvarın 7-də Cənubi Koreya məhkəməsi yenidən respublika prezidenti Yun Sok Yolun həbsinə order verib.
Digər tərəfdən, Cənubi Koreya mediası polisin prezidentin həbsi üçün xüsusi təyinatlı qüvvə və texnikadan istifadə etmək, həmçinin 1000-ə yaxın müstəntiqi cəlb etmək niyyətində olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top