İsrail HƏMAS-a Trampın andiçmə mərasiminə qədər vaxt verdi


İsrailin müdafiə naziri İsrael Katz hərbçilərə Fələstinin HƏMAS hərəkatı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçirilməsi planlaşdırılan andiçmə mərasimindən əvvəl Qəzzadakı girovları azad etməsə, onun tam məhv edilməsi üçün plan hazırlamağı əmr edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
“Prezident Tramp vəzifəyə gələnə qədər girovlarla bağlı razılaşma həyata keçirilməzsə, Qəzzada HƏMAS tam məğlubiyyətə uğramalıdır”, - deyə nəşr müdafiə nazirindən sitat gətirib.
Bildirilib ki, Katz yanvarın 9-da axşam saatlarında İsrail ordusu komandanlığının, o cümlədən ordunun baş qərargah rəisi Herzi Halevinin iştirakı ilə müşavirə keçirib və orada hərbçilərə HƏMAS-ı tam məğlubiyyətə uğradacaq əməliyyat planının hazırlanması ilə bağlı göstəriş verib.

DİGƏR XƏBƏRLƏR

Top