Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
Yeniavaz.com xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelə olan qiyməti 1,05 ABŞ dolları və ya 1,33% artaraq 79,77 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.