Moskvada sərnişin təyyarədə partlayış törədəcəyini bildirdi


Nijnekamsk-Moskva reysi ilə uçan sərnişin Rusiyanın paytaxtında yerləşən Şeremetyevo hava limanında təyyarənin göyərtəsində narahatlıq yaradaraq partlayış törətməklə hədələdiyi üçün saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti məlumat verib.
“Sərnişin saxlanılıb. İlkin məlumata görə, o, uçuş zamanı nalayiq ifadələr işlədib, vətəndaşları və stüardessaları incidib, təyyarədə partlayış törədəcəyi ilə hədələyib”, - agentliyin mənbəsi bildirib.
Onun sözlərinə görə, hazırda hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir.
“Təyyarəyə baxış zamanı heç bir partlayıcı qurğu aşkar edilməyib”, - əməliyyat xidmətlərinin nümayəndəsi nəşrə bildirib.
Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə Nəqliyyat İdarəsinin mətbuat xidmətinin məlumatına görə, saxlanılan 1982-ci il təvəllüdlü Naberejnıye Çelnı sakini sərxoş vəziyyətdə olub. O, tibbi müayinəyə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top