Livan parlamentində keçirilən prezident seçkilərində Livan ordusunun komandanı general Cozef Aun səsvermənin ikinci turunda qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə spiker Nəbih Berri məlumat verib.
“128 deputatdan 99-u general Aunun namizədliyinə səs verib”, - Berri bildirib.
Xatırladaq ki, Mişel Aunun (qohum deyillər - red.) səlahiyyət müddəti 2022-ci ilin oktyabrında başa çatdıqdan sonra ölkənin prezident postu iki ildən artıqdır ki, boş qalıb. Bu günə qədər Livanın yeni prezidentini seçmək üçün 12 uğursuz cəhd olub.
Səsvermənin birinci turu yanvarın 9-da səhər keçirilib, lakin Cozef Aun qalib olmaq üçün lazım olan 128 səsdən 86-nı ala bilməyib. İkinci turda o, artıq 99 səs toplayıb.