Qəzzada ölənlərin sayı 46 mini keçdi


2023-cü ilin oktyabrında anklavda döyüşlər başlayandan bəri Qəzza zolağında 46 mindən çox fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 46 min 6, yaralananların sayı 109 min 378 nəfərə çatıb”, - nazirlikdən bildirilib.
Qəzza Səhiyyə Nazirliyi onu da vurğulayıb ki, son 24 saat ərzində anklavda İsrailin bombalaması və atəşə tutması nəticəsində 70 fələstinli ölüb, 104 fələstinli yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top