ABŞ nümayəndə heyəti Suriyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə edib – KİV


“ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Dəməşqə səfər edib və Suriyanın yeni rəhbərliyi ilə Suriyaya qarşı sanksiyaların yumşaldılması məsələsini müzakirə edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, nümayəndə heyətinə o cümlədən ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyasının nümayəndələri daxil olub.
Bildirilib ki, Amerika rəsmiləri Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Colani ləqəbi ilə tanınır) ilə görüşüb. Nümayəndə heyəti sanksiyaların yumşaldılması məsələsinə əlavə olaraq, Suriya rəsmiləri ilə təhlükəsizlik vəziyyətini və yeni hakimiyyət orqanlarının terrorla mübarizə üçün göstərdiyi səyləri müzakirə edib.

DİGƏR XƏBƏRLƏR

Top