Çərşənbə axşamı, yanvarın 7-də axşam saatlarında fələstinli fəal Mexiko şəhərindəki mum muzeyində İsrailin Baş naziri Benyamin Netanyahunun fiqurunu sındırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” Meksika nəşrlərinə və sosial şəbəkələrdə yayılan hadisənin videosuna istinadən məlumat yayıb.
Görüntülərdə bir nəfərin üzünü sarğı ilə bağladığı, Netanyahunun heykəlinə qırmızı boya tökdüyü, çəkiclə sındırdığı və heykəli Fələstin bayrağının sərildiyi yerə atdığı görünür.
"Yaşasın Fələstin, yaşasın Sudan, yaşasın Yəmən, yaşasın Puerto-Riko" deyən şəxs muzeydən çıxaraq kamera qarşısında deyib.