Gürcüstan hökuməti matəm elan etdi


Gürcüstanda yanvarın 9-u matəm günü elan edilib.
Yeniavaz.com
xəbər verir ki, ölkənin Baş naziri İrakli Kobaxidzenin imzaladığı sərəncama əsasən, matəm günü ilə əlaqədar inzibati binalarda dövlət bayraqları yarıya qədər endiriləcək.
Qeyd edək ki, matəm Qali rayonunun Saberio kəndində baş verən və 5 uşağın ölümü ilə nəticələnən faciə ilə əlaqədar elan edilib.
Gürcüstan hökuməti yanğında həlak olan uşaqların ailəsinə və yaxınlarına bir daha başsağlığı verib.

DİGƏR XƏBƏRLƏR

Top