Qazaxıstanda çəkisi altı kiloqramdan çox olan körpə doğuldu


Qazaxıstanın Jambıl vilayətində mamalıq praktikasında “nəhəng döl” kimi təsnif edilən uşaq dünyaya gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, uşağın çəkisi altı kiloqram 140 qram olub:
“Gənc ana üçün ilk doğuş qeysəriyyə əməliyyatı ilə baş tutub. Bunun böyük üstünlüyü var, çünki doğuş xəsarətləri praktiki olaraq istisna edilir”.
Uşaq və ana bu gün evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top