Polşada prezident seçkiləri mayın 18-nə təyin edildi


Polşada mayın 18-də prezident seçkiləri keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Seymin (Polşa parlamentinin aşağı palatası) marşalı (spikeri) Şimon Holovnya TVP İnfo telekanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.
Qeyd edilib ki, seçkilərin ikinci turu, lazım gələrsə, iyunun 1-də keçiriləcək.
Holovnya onu da bildirib ki, o, yanvarın 15-də prezident seçkilərinin təşkili haqqında fərman imzalaya biləcək, onun dərcindən sonra ölkədə seçki kampaniyası başlayacaq. Seymin sədri əlavə edib ki, namizədlərin qeydiyyatı aprelin 4-dək davam edəcək.
Sorğulara görə, əsas mübarizə Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Trzaskovski ilə ən böyük müxalifət partiyası olan “Hüquq və Ədalət”in dəstəklədiyi Polşa Milli Xatirə İnstitutuna rəhbərlik edən müstəqil namizəd Karol Navroçki arasında getməlidir.

DİGƏR XƏBƏRLƏR

Top