“Ermənistana delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddə vəziyyətə nəzarət etmək üçün Aİ-nin mülki missiyasına ehtiyac var”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
“Vurğulamağı vacib hesab edirəm ki, Aİ-nin mülki missiyasının müşahidəçiləri Ermənistan və Azərbaycan sərhədində olmaqda davam edirlər ki, bu da mühüm amildir. Biz əminik ki, Ermənistanla Azərbaycan arasında bölünməyən sərhəd var olduqca, Aİ missiyası bizim üçün vacibdir və zəruridir”, - o qeyd edib.