AÇG və “Şahdəniz”dən əldə olunan gəlirlər azalıb – Rəqəmlər


“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” üzrə gəlirlər açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Neft Fondu (ARDNF) məlumat yayıb.
Bildirilib ki, 1 yanvar 2024-cü ildən 1 yanvar 2025-ci ilədək AÇG yatağından 6 milyard 158,5 milyon ABŞ dolları dəyərində gəlir əldə olunub. Qeyd edək ki, 2023-cü ildə bu məbləğ 6 milyard 899,2 milyon dollar olub.
1 yanvar 2024-cü ildən 1 yanvar 2025-ci ilədək “Şahdəniz” yatağından isə 442 milyon 85 min ABŞ dolları dəyərində gəlir əldə olunub. Ötən il “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir isə 132 milyon 482 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə “Şahdəniz” yatağından əldə edilən gəlir 1 milyard 308 milyon dollar olub. Göründüyü kimi, son bir ildə bu yataqdan əldə olunan gəlir təxminən 2 dəfədən çox azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top