Tramp Meksika körfəzini Amerika körfəzi adlandırmaq istəyir


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Meksika körfəzini Amerika körfəzi adlandırmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, o, bunu Mar-a-Laqodakı (Florida ştatı) iqamətgahında jurnalistlərə açıqlamasında deyib.
“Biz Meksika Körfəzinin adını Amerika Körfəzi adlandırmaq niyyətindəyik. Bu ad çox gözəl səslənir və geniş bir ərazini - Amerika körfəzini əhatə edir”, - deyə Tramp vurğulayıb.
Tramp açıqlamasında Meksikanın miqrasiya siyasətini də tənqid edərək, ölkəni ABŞ-yə daxil olan miqrant və narkotik axınına kifayət qədər nəzarət etməməkdə ittiham edib.
“Meksika milyonlarla insanı ölkəmizə buraxmağı dayandırmalıdır. Onlar bunu dayandıra bilərlər”, - Tramp bildirib.

DİGƏR XƏBƏRLƏR

Top