Dünyanın ən tıxaclı şəhərləri açıqlandı – Siyahı


İstanbul dünyanın ən tıxaclı şəhərlərinin reytinqində birinci olub.
Yeniavaz.com
xəbər verir ki, siyahı “Inrix” şirkətinin “2024 Global Traffic Scorecard” illik hesabatı əsasında tərtib edilib.
Hesabata görə, İstanbulda bir şəhər sakini tıxaclarda ildə orta hesabla 105 saat itirir.
Türkiyənin 20 milyondan çox əhalisi olan ən böyük şəhəri reytinqdə Nyu-York, Çikaqo, Mexiko, London və bir sıra digər meqapolisləri geridə qoyub.
Hesabat 37 ölkənin 900-dən çox şəhərini əhatə edib.
Analitiklərin fikrincə, İstanbulda tıxac vəziyyəti il ​​ərzində 15% pisləşib.
Bir il əvvəl isə reytinqdə Çikaqo birinci olub.
Ən tıxaclı şəhərlərin ilk onluğu belədir:
İstanbul (Türkiyə)
Nyu-York (ABŞ)
Çikaqo (ABŞ)
London (İngiltərə)
Mexiko (Meksika)
Paris (Fransa)
Keyptaun (CAR)
Cakarta (İndoneziya)
Los-Anceles (ABŞ)
Brisben (Avstraliya)


Qeyd edək ki, “Inrix” şirkətinin baş ofisi Vaşinqtonda (ABŞ) yerləşir. O, dünya miqyasında “Google Waze” kimi növbəli naviqasiya proqramları da daxil olmaqla real vaxt rejimində yol şəraiti və yol təhlükəsizliyi ilə bağlı məkana əsaslanan data və xidmət proqramlarə təqdim edir. Şirkət həmçinin böyük şəhərlərdə tıxac vəziyyətləri ilə bağlı hesabatlar dərc edir.

DİGƏR XƏBƏRLƏR

Top