“İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır” – Nagel Komitəsi


“İsrail Türkiyə ilə potensial hərbi əməliyyata hazırlaşmalıdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti Nagel Komitəsinin hesabatına istinadla məlumat yayıb.
Hesabatda qeyd edilir ki, Türkiyənin Osmanlı İmperiyasının təsirini bərpa etmək istəyi İsraillə qarşıdurmaya gətirib çıxara bilər ki, bu da sonradan hərbi münaqişəyə çevrilə bilər.
Hesabatda qeyd olunur ki, Türkiyənin dəstəklədiyi Suriya qüvvələri bölgədə sabitliyi poza bilər:
“Suriyadan gələn təhlükə İrandan gələn təhlükədən daha ciddi ola bilər”.
Bu fonda komitə növbəti beş il ərzində İsrailin illik müdafiə büdcəsini 15 milyard şekel (4,1 milyard dollar) artırmağı, əlavə F-15 qırıcıları, tankerlər, pilotsuz təyyarələr və peyklər almağı, hava hücumundan müdafiə sistemlərinin effektivliyini artırmağı təklif edib.
Qeyd edək ki, Nagel Komitəsi 2024-cü ildə İsrail hökuməti tərəfindən müdafiə büdcəsini təhlil etmək və təhlükəsizlik strategiyaları hazırlamaq üçün yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top