Bakı-Kazan reysi ləğv olundu – “Kovyor” planına görə


Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə aviaşirkət AZAL-dan bildirilib.
Qeyd edilib ki, bu qərar Kazan üzərində “Kovyor” planı (hərbi və xilasedici təyyarələr istisna olmaqla, havada olan bütün təyyarələrin dərhal enməsi və ya elan olunan ərazidən çıxarılması tələbi – red.) səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.
“Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir. Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq”, - aviaşirkətin məlumatında deyilir.
Qeyd edək ki, “Kovyor” planı adətən hava hücumu zamanı tətbiq edilir. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov bildirmişdi ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi Qroznı səmasında olarkən “Kovyor” planı tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top