Sərnişin relsin üzərinə düşdü


Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb:
“Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb. Müvafiq araşdırmalar aparılır, ətraflı məlumat təqdim ediləcək.
Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur”.

DİGƏR XƏBƏRLƏR

Top