“Ağdaşda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi” – DİN


“Vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 6 ov tüfəngini könüllü polisə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top