Şimali Koreya hipersəs ballistik raketini sınaqdan keçirdi


“Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) Baş Raket Elmi İdarəsi yanvarın 6-da yeni orta və uzun mənzilli hipersəs ballistik raketin uğurlu sınaq buraxılışını həyata keçirib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Pxenyan yaxınlığındakı sınaq meydançasından buraxılan raketin döyüş başlığı səs sürətindən 12 dəfə yüksək sürətlə 1500 kilometr məsafə qət edib və açıq sularda hədəf ərazini dəqiqliklə vurub. Nəşr qeyd edir ki, buraxılış zamanı o, müvafiq olaraq 99,8 və 42,5 kilometr olmaqla iki maksimum yüksəkliyə çatıb.
Qeyd edilib ki, sınaqları Şimali Koreya lideri Kim Çen In müşahidə edib. Onun sözlərinə görə, ən yeni raket istənilən sıx raketdən müdafiə sisteminə təsirli şəkildə nüfuz edərək, rəqiblərə güclü hərbi zərbə endirməyə qadirdir.

DİGƏR XƏBƏRLƏR

Top