İranın cənubunda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 1,25 milyon nəfər əhalisi olan Şiraz şəhərindən 139 km cənubda yerləşib. Zəlzələnin ocağı 19 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.