Fələstinin HƏMAS təşkilatı İsraillə mübadilə üçün girovların siyahısını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi HƏMAS rəhbərliyindəki mənbəyə istinadla məlumat yayıb.
“HƏMAS mümkün atəşkəs razılaşması çərçivəsində İsrail tərəfindən mübadilə üçün verilən 34 girovun siyahısını təsdiqləyib”, - mənbə bildirib.
Eyni zamanda, HƏMAS-ın mənbəsi vurğulayıb ki, razılaşmanın əldə edilməsi İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və daimi atəşkəslə bağlı razılığın əldə olunmasından asılıdır.
Qeyd edək ki, 22 noyabr 2023-cü ildə İsrail və HƏMAS humanitar fasilə və bəzi girovların azad edilməsi barədə razılığa gəliblər. Noyabrın 24-də atəşkəs sazişi rəsmi olaraq qüvvəyə minib və dekabrın 1-də səhər saatlarında başa çatıb. Atəşkəsin bağlandığı bir həftə ərzində HƏMAS 110 girovu azad edib.