Çində yeni metapnevmovirusun epidemiyası başladı


Çində yeni insan metapnevmovirusunun (hMPV) yayılması xəstəxanaların dolmasına səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Nəşrin məlumatına görə, infeksiya artıq yerli səhiyyə sisteminə xeyli yük yaradıb. Virus ağciyərlərə hücum edərək COVID-19 və qripə bənzər simptomlara səbəb olur.
Qeyd edilib ki, xəstələr üşütmə, öskürək, boğaz ağrısı, həmçinin halsızlıq və başgicəllənmə kimi simptomlarla xəstəxanalara müraciət edirlər.
Bu vəziyyətlə əlaqədar tibb mütəxəssisləri səlahiyyətlilərə və ictimaiyyətə yoluxma ehtimalını azaltmaq üçün maskaların taxılması və müntəzəm əl dezinfeksiyası da daxil olmaqla ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edir.

DİGƏR XƏBƏRLƏR

Top