Rusiyanın Nijnekamsk, İjevsk və Perm hava limanlarında mülki təyyarələrin uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nijnekamsk (Beqişevo), İjevsk və Perm hava limanlarında mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir.