Yaponiyada dünyanın ən yaşlı insanı kimi tanınan Tomiko İtuka 116 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kyodo” Agentliyi məlumat yayıb.
Bildirilib ki, 1908-ci ildə Osakada anadan olmuş qadın yaşadığı qocalar evində dünyasını dəyişib.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında İspaniyanın Kataloniya əyalətinin Olot şəhərindən olan 117 yaşlı Maria Branyas Moreranın ölümündən sonra T.İtuka Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı seçilib.