Ural Hava Yollarına məxsus “Airbus A321” sərnişin təyyarəsi Misirin Şarm əl-Şeyx şəhərinin hava limanına məcburi eniş edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Misirin Mülki Aviasiya Nazirliyi məlumat yayıb.
“Rusiya təyyarəsi qəfil texniki nasazlıq üzündən geri qayıtması istənildikdən sonra Şarm əl-Şeyx Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib”, - qurumun rəsmi sosial şəbəkə hesablarında dərc olunan məlumatda deyilir.
Bildirilib ki, təyyarənin hava qovşağına qayıtmasının səbəbi mühərriklərdən birində yaranan nasazlıq olub.
Qeyd olunub ki, təyyarə Şarm əl-Şeyxdən Yekaterinburqa uçmaq üçün havaya qalxıb və göyərtəsində 236 sərnişin olub. İlkin məlumata görə, itki yoxdur.
Misir rəsmiləri nasazlığın müəyyən edildiyi və lazımi təmir işlərinin aparıldığı barədə məlumat verib.