Aktyor Azər Baxşəliyevin son vəziyyəti açıqlandı


Süni tənəffüs aparatına qoşulmuş aktyor Azər Baxşəliyevin vəziyyətində dəyişiklik yoxdur.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.
O, qeyd edib ki, aktyorun vəziyyəti hələ də ağır olaraq qalır.
Hazırda onun müalicəsi ATU-nun Tədris Cərrahiyyə Klinikasında davam etdirilir.
“Azər Baxşəliyevin son durumu kritik olaraq qalır. Hazırda süni tənəffüs aparatına qoşulub”.
Bu barədə aktyorun həmkarı və dostu İlkin Həsəni məlumat paylaşıb.
“Həyatın ən çətin anlarında belə möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır” , - İ. Həsəni qeyd edib.
Xatırladaq ki, A. Baxşəliyev yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top