5 nəfər "Crocus" terroruna görə Türkiyədə 15 il həbs cəzası ala bilər


İstanbul Cəza Məhkəməsi Moskvada “Crocus City Hall”da baş verən terror aktını törədənlərlə əlaqədə olmaqda təqsirləndirilən şəxslərə qarşı ittiham aktını qəbul edib. 
Yeniavaz.com
“Anadolu Agentliyi”nin məlumatına istinadən xəbər verir ki, onları 7,5 ildən 15 ilə qədər həbs gözləyir.
İş İstanbul Baş Prokurorluğunun Terrorla Mübarizə Bürosunun əvvəllər Türkiyədə saxlanılan 5 nəfərə qarşı apardığı araşdırmadan sonra başlanıb. Bildirilir ki, müttəhimlər “Crocus”da terror aktını törədənlərdən ikisi ilə əlaqədə olublar. Bu şəxslər müxtəlif vaxtlarda Türkiyəyə daxil olub, bəziləri ailələri ilə birlikdə İstanbulda yaşayıblar.
İttiham aktında təqsirləndirilən şəxslərin birgə hərəkət etdiyi bildirilir. Müttəhimlər bir-birlərinə zəng edərək, terror aktı planlaşdırıblar. Moskvadakı “Vegas” ticarət mərkəzinə bomba qoymağa görə mükafatın müzakirə olunduğu yazışmalar da var. Təşkilatçılar terrorçuları Rusiyadan çıxararaq Belarus sərhəddinə çatdıracaqlarını, həmçinin onlara yeni şəxsiyyətlər və mənzillər verəcəklərini vəd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top