Moskvada Suriyanın devrilmiş keçmiş prezidenti Bəşər Əsədi zəhərləməyə cəhd ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Notepad Rusiya” məlumat yayıb.
Onun vəziyyətinin ağır olduğu, lakin sağ qaldığı bildirilir.
Qeyd olunur ki, Suriyanın keçmiş başçısını zəhərləməyə çalışdıqları zəhər hələ müəyyən edilməyib. Onun nəfəs almaqda çətinlik çəkdiyi və huşunu itirdiyi məlum olub.
İndiyədək eks-prezidenti kimin öldürməyə cəhd etməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb: siyasi rəqiblərdən tutmuş ailə motivlərinə qədər.