İsveçrədə çadra və niqab geyinmək qadağan edildi


2025-ci il yanvarın 1-dən İsveçrə hakimiyyəti ictimai yerlərdə üzü tamamilə bağlayan geyim və qarderob əşyalarının, o cümlədən çadra və niqabın geyinilməsini qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, qadağanın pozulmasına görə cərimələr 100 ilə 1 min İsveçrə frankı arasında dəyişir (110,2 dollardan 1 102 dollara qədər).
Qeyd edək ki, İsveçrə əhalisi bu təşəbbüsə 2021-ci ilin martında referendumda səs verib. Həmin vaxt sorğu iştirakçılarının 51,2%-i qadağanı dəstəkləyib.
Qadağa müsəlman dindarların geydiyi niqab və çadra kimi geyimlərə, həmçinin futbol azarkeşlərinin geyindiyi balaklavaya təsir edəcək. İndi onları mağazalarda, restoranlarda, dövlət qurumlarında və ictimai nəqliyyatda taxmaq qadağandır. Bununla belə, üzü örtən geyim əşyaları ibadət yerlərində, karnavallarda və ya soyuqdan qorunmaq üçün geyinilə biləcək.

DİGƏR XƏBƏRLƏR

Top