Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyiməlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 03.45-dən etibarən Boğazda gəmilərin hər iki istiqamətdə hərəkəti dayandırılıb. Şəhərin şimal hissələrində dumanın üstünlük təşkil etdiyi müşahidə edilib.